Rusiya futbol millisi “Adidas” avadanlıqlarından imtina edir

RFS

© APA | RFS

# 07 yanvar 2023 12:43 (UTC +04:00)

Rusiya Futbol İttifaqı (RFS) bu il “Adidas” avadanlıqlarından istifadədən imtina edəcək və milli komandanın texniki sponsoru yenilənəcək.

APA TASS-a istinadən xəbər verir ki, məlumatı RFS prezidenti Aleksandr Dyukov təsdiqləyib.

RFS 2008-ci ildən “Adidas” şirkəti ilə əməkdaşlıq edir. Tərəflər 2021-ci ilin avqustunda 2026-cı ilə qədər nəzərdə tutulan yeni müqavilə bağlayıblar. Bu ilin mart ayının 1-də “Adidas” şirkəti RFS əməkdaşlıq müqaviləsini dayandırıb.

Dyukov onu da qeyd edib ki, yeni texniki sponsor bu ilin birinci rübündə məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR