Rusiya Moldova diplomatını ölkədən çıxarır

Rusiya Moldova diplomatını ölkədən çıxarır
# 09 noyabr 2022 20:38 (UTC +04:00)

Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Moldova səfirinə səfirliyinin əməkdaşının “persona non qrata” (arzuolunmaz şəxs) elan olduğunu bildirən nota təqdim edilib.

Qeyd olunub ki, bu tədbir bu il noyabrın 1-də Moldova tərəfinin Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının “persona non-qrata” elan edilməsi ilə bağlı əsassız qərarına verilmiş cavabdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR