Rusiyada avtobus yük maşını ilə toqquşub, 9 nəfər xəsarət alıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-n Volqoqrad vilayəti üzrə Baş İdarəsindən bildirilib.
Qeyd olunub ki, Moskva - Mahaçqala marşrutu üzrə hərəkət edən müntəzəm avtobus Volqoqrad vilayətinin Mixaylovski rayonunda magistral yolda yük maşını ilə toqquşub. Hadisə nəticəsində biri uşaq olmaqla, 9 nəfər xəsarət alıb.
Həmçinin əlavə olunub ki, xəsarət alanlar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıb.