Rusiyada COVİD-19-dan ölənlərin sayı 385 mini ötüb

Rusiyada COVİD-19-dan ölənlərin sayı 385 mini ötüb
# 08 sentyabr 2022 12:06 (UTC +04:00)

Rusiyada son sutkada yeni növ koronavirusa (COVİD-19) 50 min 618 nəfər yoluxub.

APA-nın Moskva müxbirinin operativ qərargaha istinadən verdiyi məlumata görə, indiyədək koronavirusa yoluxanların sayı 19 milyon 908 min 189 nəfər olub.

Son sutka ərzində bu virusdan 93 nəfərin öldüyü bildirilib. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 385 min 069 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR