Rusiyada FTX-nin binası yanıb, 1 nəfər ölüb - VİDEO

Rusiyada FTX-nin binası yanıb, 1 nəfər ölüb - VİDEO
# 16 mart 2023 15:03 (UTC +04:00)

Rusiyanın Rostov vilayətində yerləşən Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd qoşunları idarəsinin binasında güclü yanğın baş verib, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, baş vermiş yanğın 880 kvadratmetr sahəni əhatə edib.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları lazımi tədbirləri həyata keçirir, axtarış-xilasetmə işləri davam etdirilir.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR