Rusiyanın daha bir aviaşirkəti Gürcüstanla uçuşlara başlayır

Rusiyanın daha bir aviaşirkəti Gürcüstanla uçuşlara başlayır
# 01 iyun 2023 18:26 (UTC +04:00)

Rusiyanın “Red Wings” aviaşirkəti iyunun 15-dən Gürcüstana birbaşa uçuşlar həyata keçirəcək.

APA-nın Tbilisi müxbiri yerli mətbuata istinadən xəbər verir ki, ilk uçuş Soçidən Tbilisiyə baş tutacaq. Moskvanın Domodedovo hava limanının məlumatına görə, iyunun 16-dan aviaşirkət Moskva-Kutaisi-Moskva istiqamətində uçuşlara da başlayacaq. Gürcüstana uçuşların həftədə üç dəfə həyata keçirilməsi planlaşdırılıb.

“Red Wings” aviaşirkətinin uçuşlara başlamaq üçün Gürcüstanın Mülki Aviasiya Agentliyindən iyunun 2-də icazə aldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR