Sankt-Peterburqda 80 mindən çox vətəndaşa çağırış vərəqəsi gəlib

Sankt-Peterburqda 80 mindən çox vətəndaşa çağırış vərəqəsi gəlib
# 30 sentyabr 2022 14:30 (UTC +04:00)

Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda qismən səfərbərlik çərçivəsində nə qədər vətəndaşın çağırış vərəqəsi aldığı məlum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, Sankt-Peterburq şəhər hərbi komissarının müavini polkovnik İlfat Abzalovun bildirdiyinə görə, qismən səfərbərlik çərçivəsində 80 mindən çox vətəndaşa çağırış vərəqəsi gəlib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərliklə bağlı fərman imzalayıb. Rusiya müdafiə naziri Sergey Şoyqu 300 min nəfərin qismən səfərbərliyə cəlb olunacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR