Səfərbərlikdən yayınan 1109 Rusiya vətəndaşı Finlandiyadan sığınacaq istəyib

Səfərbərlikdən yayınan 1109 Rusiya vətəndaşı Finlandiyadan sığınacaq istəyib
# 18 may 2023 18:23 (UTC +04:00)

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Rusiya Federasiyasının 1109 vətəndaşı hərbi xidmətə çağırışdan yayınaraq Finlandiyadan sığınacaq istəyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Yle teleradio şirkəti məlumat yayıb.

Finlandiya Daxili İşlər Nazirliyinin miqrasiya departamentinin direktoru Sanna Sutter bildirib ki, Finlandiya tərəfi çağırış yaşında olan ruslara sığınacaq verib-verməyəcəyinə hələ qərar verməyib.

Skandinaviya ölkələri birgə müzakirələr nəticəsində hər hansı tədbir görməzdən əvvəl Avropa İttifaqının göstərişlərini gözləməyə razılaşdıqları üçün respublika bu məsələ ilə bağlı Aİ-nin mövqeyinin açıqlamasını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR