Türkiyədə Yeni illə bağlı yarım milyona yaxın təhlükəsizlik personalı çalışacaq

Türkiyədə Yeni illə bağlı yarım milyona yaxın təhlükəsizlik personalı çalışacaq
# 29 dekabr 2022 13:06 (UTC +04:00)

Türkiyədə Yeni il gecəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu mətbuat konfransında bildirib.

O qeyd edib ki, nazirliyin Yeni il tədbirləri çərçivəsində 3 gün ərzində cəmi 490 435 nəfər təhlükəsizlik personalı çalışacaq.

Yeni il ərəfəsi, dekabrın 30-dan 2023-cü il yanvarın 1-dək şəhər mərkəzləri, ticarət və turistik mərkəzlər, bazarlar, hava və dəniz limanları, təhsil ocaqları və digər yerlərdə xüsusi yoxlamalar aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR