Türkmənistanda hakimiyyət orqanlarının yenidən təşkili müzakirə ediləcək

Türkmənistanda hakimiyyət orqanlarının yenidən təşkili müzakirə ediləcək
# 21 yanvar 2023 04:46 (UTC +04:00)

Bu gün Türkmənistan parlamentinin iki palatasının - Xalq məsləhəti (yuxarı palata), Məclis (aşağı palata) və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə iclas keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, iclasda hakimiyyət orqanlarının yenidən təşkili müzakirə olunacaq.

Bundan əvvəl parlamentin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədov Nümayəndələr Palatasının (Halk Maslahatı) ləğv edilməsini və qanunverici orqanın (Milli Gengeş) birpalatalı parlamentə çevrilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR