Zaxarova: "Kiyev rejiminə dünyada sülh və sabitlik lazım deyil"

Zaxarova: "Kiyev rejiminə dünyada sülh və sabitlik lazım deyil"
# 29 oktyabr 2022 23:06 (UTC +04:00)

Kiyev rejimi dünyanın sabitliyi və ərzaq təhlükəsizliyində maraqlı deyil.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna xarici işlər naziri Dmitri Kulebanın “bütün ölkələri Rusiya Federasiyasından taxıl müqaviləsi üzrə öhdəliklərə qayıtmağı tələb etməlidir” bəyanatına şərh verərəkən bildirib.

Zaxarova bu barədə “Telegram” kanalında yazıb:

“Kiyev rejiminin dünyada sülhə, sabitliyə və ərzaq təhlükəsizliyinə ehtiyacı yoxdur. Əks halda hər kəs Zelenski və Kulebaya əhəmiyyət verməyəcək, onlar unudulacaq. Ona görə də onlar qorxunc üsullarla gündəmdə qalmağa çalışırlar".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Sevastopolda Qara dəniz donanmasının gəmilərinə və taxıl dəhlizinin təhlükəsizliyində iştirak edən mülki gəmilərə qarşı hücumdan sonra Rusiyanın taxıl sazişində iştirakını dayandırdığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR