20-dən çox abidənin bərpası üzrə layihə sənədlərinin hazırlanması işləri yekunlaşıb

20-dən çox abidənin bərpası üzrə layihə sənədlərinin hazırlanması işləri yekunlaşıb
# 17 mart 2023 11:20 (UTC +04:00)

Dövlət vəsaiti hesabına müxtəlif regionlarda yerləşən 20-dən çox abidənin bərpa-konservasiyası ilə bağlı layihə sənədlərinin hazırlanması işləri başa çatdırılıb.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Qeyd olunub ki, həmin abidələrin bərpası Mədəniyyət Nazirliyi tərəfindən dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Həmçinin mədəniyyət obyektlərinin dövlət investisiya proqramına daxil edilməsi ilə bağlı aidiyyəti orqanlara müraciətlər edilib.

Abidələrin təmir-bərpası bir sıra dövlət proqramlarına salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR