İşğaldan azad edilmiş ərazilərdə təmir-bərpası aparılan bir sıra abidənin bərpa layihələrinə müvafiq rəylər verilib.
APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Qeyd olunub ki, sözügedən abidələrə Ağdam şəhərində Cümə məscidi və Qiyaslı kəndində yerləşən məscid, həmçinin Şuşa şəhərində yerləşən Şirin su hamamı və Sadıqcanın evi aiddir.