Bir qrup tarix-mədəniyyət qoruğunun daşınar mədəni sərvətlərinin elektron məlumat bazası yaradılıb

Bir qrup tarix-mədəniyyət qoruğunun daşınar mədəni sərvətlərinin elektron məlumat bazası yaradılıb
# 17 mart 2023 11:16 (UTC +04:00)

Bir qrup tarix-mədəniyyət qoruğunun fondlarında olan və qeydiyyata götürülən daşınar mədəni sərvətlərin elektron məlumat bazası yaradılıb.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Qeyd olunub ki, sözügedən elektron bazaya “Keşikçidağ", "Avey", "Çıraqqala-Şabran", Gəncə, "İlisu", Quba şəhərindəki "Soyqırımı Memorial Kompleksi", "Qədim Şəmkir Şəhəri", Nardaran, "Pir Hüseyn Xanəgahı", "Orta Əsr Ağsu Şəhəri" və Qəbələ Tarix-mədəniyyət qoruqları daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR