Bir sıra abidənin bərpası ilə bağlı ilkin sənədləşmə işləri aparılıb.
APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Qeyd olunub ki, həmin abidələrə Quba şəhərində yerləşən Hündür günbəzli (Çuxur) hamamı, Birinci Nügədi kəndində yerləşən Minarəli Məscidi, Göyçay şəhəri, Atatürk küçəsi, 68 ünvanında yerləşən 2 saylı yeraltı hamamı daxildir.
Artıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlər əsasında sahibkarlarla görüş keçirdiyi vurğulanıb.