“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin kollektivi aksiyalar keçirəcək

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin kollektivi bir neçə mətbuat orqanının əməkdaşları ilə birgə aprelin 17-də saat 15.00-da Sabir bağında piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu məlumat verib. O, bu aksiyanı bir qrup qəzet redaktorunun qəbul etdiyi qərara uyğun olaraq keçirəcəklərini söyləyib. Piketdə Xocalı faciəsi ilə bağlı səsləndirilən ittihamlara, Elmar Hüseynovun qatillərinin tapılmamasına və s problemlərə etiraz olunacaq.
Gələn həftə isə “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin əməkdaşları Bakıdakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər./APA/
Gələn həftə isə “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin əməkdaşları Bakıdakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər./APA/
Media

Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Əflatun Amaşov: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"

TƏBİB: Jurnalist Ceyhun Əsgərovun davamlı müalicə alması şərtdir
