“Reketçilik”lə məşğul olan 30 qəzet Azərbaycan Nəşriyyatından çıxarılıb

“Reketçilik”lə məşğul olan 30 qəzet Azərbaycan Nəşriyyatından çıxarılıb
# 23 aprel 2007 13:05 (UTC +04:00)
Bu vaxta qədər “reketçilik”lə məşğul olan 30 qəzet Azərbaycan Nəşriyyatının binasından çıxarılıb. APA-nın məlumatına görə, bu barədə nəşriyyatın direktoru Ağabəy Əsgərov bildirib. Hazırda bu tipli qəzetlərin nəşriyyatdan çıxarılma prosesinin davam etdiyini deyən A. Əsgərovun sözlərinə görə, bunu birdən-birə həyata keçirmək mümkün deyil: “Çünki jurnalistin “reket” olduğunu müəyyənləşdirməyin konkret yolu olmadığından bununla bağlı bir müddət araşdırma aparmağa ehtiyac yaranır. Bu araşdırmalar davam edir və bu tipli fəaliyyət aşkar olunan kimi həmin redaksiya nəşriyyatdan çıxarılır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR