Jurnalistlər etiraz aksiyası keçirib

Jurnalistlər etiraz aksiyası keçirib
# 24 aprel 2007 14:28 (UTC +04:00)
APA-nın xəbərinə görə, piket Sabir bağına təyin olunsa da, İçərişəhərdə baş tutub. 50 nəfərin iştirakı ilə keçirilən aksiyada “Azad söz”, “Eynullaya azadlıq” və “Azadlıq” şüarları səsləndirilib. Piketdə son vaxtlar mətbuata təzyiqlərin gücləndiyi qeyd edilib. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu çıxışında E. Fətullayevin həbsinə etirazını bildirib, qəzetin redaktoru Üzeyir Cəfərova qarşı sui-qəsd təşkil edildiyini vurğulayıb. Sonda piketin qətnaməsi oxunub. Qətnamədə “Diffamasiya haqqında” qanunun tezliklə qəbul edilməsi, Elmar Hüseynovun qatillərinin tapılması, E. Fətullayevin və həbsdə olan digər jurnalistlərin azadlığa buraxılması, mətbuata qarşı qaldırılan məhkəmə iddialarına son qoyulması tələb edilib. 15 dəqiqə davam edən aksiya insidentsiz ötüşüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR