Bakıda səfərdə olan Mikloş Haraşti hüquq müdafiəçiləri və MTRŞ sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb

Bakıda səfərdə olan ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti insan hüquq müdafiə təşkilatlarının rəhbərləri ilə görüşüb. Bu barədə APA-ya Mikloş Haraştini səfərdə müşayiət edən Anna Karastrayter məlumat verib. Onun sözlərinə görə, görüşlər zamanı hüquq müdafiəçiləri Mikloş Haraştiyə ölkədə jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət barədə məlumat veriblər. “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbsi ilə maraqlanan Mikloş Haraşti bu qəzetin əməkdaşları ilə görüşmək niyyətində olduğunu bildirib. Bakıda səfərdə olan ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti bu gün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb. MTRŞ-dən APA-ya verilən məlumata görə, görüşdə xarici telekanalların Azərbaycanda yayımı, ANS telekanalı və ANS ÇM radiosuna yayım tezliyi verilməsi, ölkəmizin Sərhədsiz Televiziyalar Konvensiyasına qoşulması ilə bağlı məsələlər müzakirə edilib. /APA/
Media

Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirilib - FOTO - YENİLƏNİB-1

Baş Prokurorluğun idarə rəisi: "Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanıb"

Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb
