İsmayıl Ömərov İctimai Televiziyanın baş direktoru bu vəzifəyə seçilməsinin iki illiyi ilə bağlı mətbuat konfransı keçirib

İsmayıl Ömərov İctimai Televiziyanın baş direktoru bu vəzifəyə seçilməsinin iki illiyi ilə bağlı mətbuat konfransı keçirib
# 25 aprel 2007 16:09 (UTC +04:00)
İctimai Televiziyanın (İTV) baş direktoru İsmayıl Ömərov bu vəzifəyə seçilməsinin iki illiyi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İ. Ömərov İTV-də böyük quruculuq işləri gördüyünü deyib. Baş direktor artıq 24 saat efirə çıxan televiziyada 19 montaj otağı, 50 videokamera, 29 avtomobil, 5 studiyanın olduğunu, şirkətdə 400-ə yaxın əməkdaşın işlədiyini bildirib. İ. Ömərov müxtəlif dillərdə informasiya yaydıqlarını, gələcəkdə isə ərəb dilində xəbər proqramı hazırlamaq niyyətində olduqlarını bildirib. Baş direktor, həmçinin Hesablama Palatasının İTV-də yoxlama apardığını, bəzi çatışmazlıqların da üzə çıxdığını söyləyib. Onun sözlərinə görə, bu çatışmazlıqlar sırf təcrübəsizliklə bağlı olub. Dövlət büdcəsindən İTV-yə ayrılan vəsaitin azaldılması ilə bağlı prezident İlham Əliyevə müraciət etdiyini deyən İ. Ömərov bu problemin həllinə inandığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR