Əflatun Amaşov BMT-nin fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçisi ilə görüşüb

Mətbuat Şurasının sədri Əflatun Amaşov BMT-nin fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo ilə görüşüb. Bu barədə APA-ya məlumat verən Ə. Amaşov bildirib ki, görüşdə əsasən Mətbuat Şurasının fəaliyyəti, qurumun qəbul etdiyi qərarlar və strukturu ilə bağlı müzakirələr aparılıb. Onun sözlərinə görə, BMT nümayəndəsi ilə jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən üzləşdikləri təzyiqlər, bununla bağlı görülən tədbirlər, Mətbuat Şurasının hakimiyyətlə əlaqələrinin qurulması və s. məsələlər barədə də fikir mübadiləsi aparılıb. /APA/
Media

MEDİA media subyektlərini qanun və peşə etikasını pozmamağa çağırıb

Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirilib - FOTO - YENİLƏNİB-1

Baş Prokurorluğun idarə rəisi: "Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanıb"
