Nuşirəvan Məhərrəmli: “Sabah ANS-in tezliyi ilə bağlı aparılacaq müzakirələrdə çıxış yolları aranacaq”

“ANS-in tezliyi ilə bağlı aparılacaq müzakirələrdə hansı qərarın qəbul ediləcəyi barədə əvvəlcədən fikir söyləyə bilmərəm. Şurada müzakirələr zamanı bu və ya başqa qərarlar verilə bilər”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, ANS televiziyası və ANS ÇM radiosunun tezliyi ilə bağlı sabah aparılacaq müzakirələrdə yaranmış durum dəyərləndiriləcək, çıxış yolları aranacaq: “Biz yol tapıb bu məsələni həll etməliyik”.
Xatırladaq ki, ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə ötən ilin sonlarında və bu il fevralın 20-dən martın 31-dək elan olunan tenderlərin hər ikisinə şirkətin özündən başqa qatılan olmayıb. /APA/

Media

“Jurnalistlər binası”nın həyətində abadlıq işləri aparılıb

Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Əflatun Amaşov: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"