Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsinin Bakı Biznes Mərkəzində keçirilməsi planlaşdırılan forumu baş tutmayıb

Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsinin Bakı Biznes Mərkəzində  keçirilməsi planlaşdırılan forumu baş tutmayıb
# 27 aprel 2007 09:24 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Reyalnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsinin Bakı Biznes Mərkəzində (BBM) keçirilməsi planlaşdırılan forum baş tutmayıb. APA-nın məlumatına görə, tədbirin təyin olunan vaxtı iştirakçı və təşkilatçılar Bakı Biznes Mərkəzində gəlsələr də binanın qapısının bağlı olduğunu görüblər. Qapıya isə binanın montaj işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırdığı barədə elan vurulub. Komitə üzvləri BBM-nin qarşısında qısa toplantı keçiriblər. Komitənin rəhbəri Arzu Abdullayeva bildirib ki, zalın sahibi ilə əvvəlcədən danışıqlar aparılıb və razılaşma əldə olunub.
“Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu bildirib ki, bundan sonra tədbirləri qəzetin redaksiyasında keçirəcəklər. Şef-redaktor söz azadlığının qorunması ilə bağlı komitənin çağırışını oxuyub. Çağırışda mətbuata qarşı təzyiqlərin davam etdiyi qeyd olunub. Komitə söz azadlığına qarşı qanunsuz addımların dayandırılmasını, E. Fətullayevin azad edilməsi tələb olunub. Ş. Çobanoğlu bildirib ki, komitə mayın 3-də BMT-nin Mətbuat Günü ilə bağlı dinləmələr təşkil etməyi planlaşdırıb. O, E. Fətullayevin azadlığı üçün mübarizəni davam etdirəcəklərini və mümkün addımların atılacağını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR