MTRŞ ANS telekanalına 6 il müddətinə lisenziya verilməsi barədə qərar qəbul edib

MTRŞ ANS telekanalına 6 il müddətinə lisenziya verilməsi barədə qərar qəbul edib
# 27 aprel 2007 10:15 (UTC +04:00)
MTRŞ-dan APA-ya verilən məlumata görə, MTRŞ-nin lisenziya verilməsi ilə bağlı qayda və şərtlərinə dəyişiklik edilib: “Dəyişikliyə əsasən, tezlik üzrə elan olunan müsabiqədə iştirakçıların sayı 3-dən az olarsa, müsabiqənin nəticələri ləğv olunmalı, ikinci müsabiqə elan edilməlidir. İkinci müsabiqədə də üçdən az iştirakçı olarsa, o zaman Şura ikinci müsabiqənin nəticələrinə uyğun olaraq xüsusi qərar qəbul edə bilər”. Bu dəyişikliyi nəzərə alan MTRŞ ANS telekanalı və ANS ÇM radiosuna 6 il müddətinə xüsusi razılıq - lisenziya verilməsi haqda qərar qəbul edib. Xatırladaq ki, ANS-in tezliyi üzrə ötən ilin sonlarında və bu ilin fevralın 20-dən martın 31-dək elan edilən hər iki tenderə şirkətin özündən başqa qatılan olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR