Avropa İttifaqı Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı rəsmi mövqe yayımlayıb

Avropa İttifaqı Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı rəsmi mövqe yayımlayıb
# 27 aprel 2007 13:39 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı rəsmi mövqe yayımlayıb. Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, rəsmi açıqlamada bildirilir ki, Avropa İttifaqı böhtana görə cinayət məsuliyyətinə cəlb olunmağı söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir. Avropa İttifaqı bu məsələ ilə bağlı ATƏT-in söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin çevik və sərt reaksiyasını dəstəklədiyini bəyan edib. “Biz Mikloş Haraştinin Bakıda apardığı konstruktiv dialoqun pozitiv nəticələr doğuracağına ümid edirik. Ümidvarıq ki, cənab Haraşti öz səfərinin nəticələri ilə bağlı dinləmələr keçirəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR