Ukraynanın “5-ci kanal” televiziyasının Xocalı haqqında çəkdiyi film böyük əks-səda doğurub

Ukraynanın “5-ci kanal” televiziyasının tanınmış aparıcısı İqor Slisarenko Azərbaycanın iqtisadi inkişafı haqqında süjet hazırlayır. İ. Slisarenko APA-ya bildirib ki, bu məqsədlə o, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovdan maraqlı müsahibə alıb. Kanal Heydər Əliyevin timsalında siyasi liderin rolu və siyasi liderliyin əhəmiyyəti barəsində böyük proqram hazırlamağı da planlaşdırır. İ. Slisarenko xatırladıb ki, Xocalı haqqında çəkdiyi sənədli film 3 dəfə televiziya ilə nümayiş edilib, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev filmin nümayişi zamanı proqramda çıxış edib. Jurnalistin sözlərinə görə, film böyük əks-səda doğurub: “Tamaşaçılar redaksiyaya zəng vurub, elektron ünvana məktublar yazıb, kanalın forumuna daxil olaraq, gördüklərindən sarsıldıqlarını bildiriblər”.
Bundan əlavə, “5-ci kanal” Bakı Slavyan Universiteti, orada ukraynaşünaslıq ixtisası üzrə təhsil haqqında süjet də nümayiş etdirib. /APA/
Bundan əlavə, “5-ci kanal” Bakı Slavyan Universiteti, orada ukraynaşünaslıq ixtisası üzrə təhsil haqqında süjet də nümayiş etdirib. /APA/
Media

Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Əflatun Amaşov: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"

TƏBİB: Jurnalist Ceyhun Əsgərovun davamlı müalicə alması şərtdir
