Hüquq müdafiəçiləri Eynulla Fətullayevlə görüş üçün Ədliyyə Nazirliyinə müraciət edəcəklər

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək hazırda 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşmək istəyirlər. Bu barədə APA-ya Monitorinq Qrupunun üzvü, E. Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Arzu Abdullayeva bildirib. Onun sözlərinə görə qrup görüşə icazə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəklər. /APA/
Media

Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Əflatun Amaşov: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"

TƏBİB: Jurnalist Ceyhun Əsgərovun davamlı müalicə alması şərtdir
