Jurnalistlərin yürüşü təxirə salınıb

Jurnalistlərin yürüşü təxirə salınıb
# 01 may 2007 13:44 (UTC +04:00)
Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərin mayın 3-də “Azərbaycan” Nəşriyyatı qarşısından “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qəbrinə qədər keçirmək istədikləri yürüş təxirə salınıb. Redaktorlar Birliyinin bu gün keçirilən toplantısında qəbul edilən qərarla bağlı APA-ya məlumat verən “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu bildirib ki, aksiyanın təxirə salınma texniki məsələlərlə bağlıdır: “Həmin gün başqa tədbirlər də təşkil olunacaq deyə, yürüşün keçirilməsinə az vaxt qalır. Ona görə qərara aldıq ki, mətbuat nümayəndələri birbaşa məhrum Elmar Hüseynovun qəbrini ziyarətə getsinlər”. Qeyd edək ki, ziyarət saat 13.00-da başlanacaq. Bundan sonra isə mətbuat azadlığı ilə bağlı ictimai dinləmələr keçiriləcək. Tədbirə siyasətçilər, QHT nümayəndələri, səfirliklərin təmsilçiləri, jurnalistlər dəvət edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR