“Nota Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlu həbsxanada aclıq aksiyasına başlayıb

“Nota Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlu həbsxanada aclıq aksiyasına başlayıb
# 11 may 2007 08:18 (UTC +04:00)
“Nota Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlu hüquqlarının pozulması ilə əlaqədar mayın 9-dan həbsxanada aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya məlumat verən “Nota Bane” qəzetinin təsisçisi İlham Tumas bildirib ki, F. Novruzoğlu həbsxana rəisinə yazılı müraciətində aclığı mayın 26-na - Ermənistanın müstəqillik gününədək kimi davam etdirəcəyini, tələblərinin yerinə yetirilməyəcəyi halda özünü qadağan olunmuş zonaya ataraq intihar edəcəyini göstərib. F. Novruzoğlu mətbuat nümayəndələri və hüquq müdafiəçilərinin onunla görüşünə şərait yaradılmasını da xahiş edib. İ. Tümas yaxın günlərdə həbs olunan jurnalistlərlə görüş təşkil olunması üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları əsasında Nərimanov Rayon Məhkəməsi F. Novruzoğlunun 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, qəzetin baş redaktoru S. Əlibəylinin isə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilməsi haqqında qərar çıxarıb. Məhkəmə onları R. Usubovla N. İbrahimovun şərəf və ləyaqətinə toxunmaqda və böhtan yazmaqda təqsirli bilib. Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin qərarının qüvvədə saxlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR