Abdulbori Goozal Rauf Arifoğluna qarşı iddiasını geri götürəcək

APA-nın xəbərinə görə, bu barədə R. Arifoğlunun hüquqlarının müdafiəsi məqsədilə yaradılan Komitənin bugünkü toplantısında hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. Ç. Qənizadə deyib ki, üzvü olduğu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu adından “Azersun Holding”in prezidentinə ünvanladıqları müraciətdən sonra A. Goozal dünən onları qəbul edib: “Mənim, Səidə Qocamanlı və Səadət Bənənyarlının iştirakı ilə keçirilən görüşdə Abdulbori Goozalın nəzərinə çatdırdıq ki, bu məhkəmə prosesi Azərbaycanda mətbuata təzyiqlərlə bağlı beynəlxalq təşkilatlara daha bir fakt vermiş olacaq. Ondan xahiş etdik ki, xüsusi ittiham qaydasında irəli sürdüyü iddianı geri götürsün. Abdulbori Goozal xahişimizi nəzərə alacağını, heç bir qeyd-şərt irəli sürmədən məhkəməyə təqdim etdiyi ərizəni geri götürəcəyini deyib”.
Ç. Qənizadənin bildirdiyinə görə, “Azersun”un prezidenti iddiasını mayın 14-də Nizamı rayon Məhkəməsində keçiriləcək məhkəmə baxışında geri götürəcək.
Toplantıda millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadənin rəhbərliyi ilə R. Arifoğlunun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb, bildirilib ki, qurum məhkəmə baxışına qədər passiv fəaliyyət göstərəcək.
Qeyd edək ki, A. Goozal R. Arifoğlunun Türkiyənin “Kanal-Türk” telekanalında çıxışı zamanı özünün və “Azersun Holding”in ünvanına səsləndirdiyi fikirləri əsas gətirərək, Nizami rayon Məhkəməsinə onun barəsində xüsusi ittiham qaydasında ərizə təqdim edib. /APA/

Media

Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Əflatun Amaşov: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"

TƏBİB: Jurnalist Ceyhun Əsgərovun davamlı müalicə alması şərtdir