Avropa Birliyi Azərbaycanda medianın vəziyyəti ilə bağlı bəyanat yayıb

Avropa Birliyi Azərbaycanda medianın vəziyyəti ilə bağlı bəyanat yayıb
# 11 may 2007 15:07 (UTC +04:00)
Avropa Birliyi (AB) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsindən narahatlığını ifadə edib. Almaniya səfirliyindən APA-ya verilən məlumata görə, AB-nin bu məsələ ilə bağlı bəyanatında ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması ilə bağlı çağırışının dəstəkləndiyi ifadə olunub: “ Ancaq bu həftə öyrəndik ki, mayın 4-də daha iki jurnalist Rafiq Tağı və Samir Sədaqətoğlu müvafiq olaraq 3 və 4 il müddətinə azadlıqdan məhrum olunublar”. Avropa Birliyi hesab edir ki, bu məhkəmə qərarları Mikloş Haraşti və AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi apreldə Bakıda olarkən qeyd edilən irəliləyişlərlə ziddiyyət təşkil edir. AB Azərbaycan prezidenti ilə Miklos Haraşti arasındakı görüşü, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Piter Semnebinin media məsələləri üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlməsini alqışlayıb. Qurum Azərbaycan hökumətini mətbuat azadlığı məsələsinə diqqət yetirməyə çağırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR