Azərbaycan radiosunun “Qızıl fond”unda saxlanılan lent yazıları disklərə köçürüləcək

“Azərbaycan televiziya və radio verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) radionun “Qızıl fond”unda saxlanılan lent yazılarının keyfiyyətini təmin etmək məqsədilə onları disklərə köçürəcək. Bu barədə APA-ya məlumat verən AzTV-nin radio üzrə sədr müavini Mövlud Süleymanlının sözlərinə görə, bu məqsədlə yaxın vaxtlarda radio yeni avadanlıqla təchiz olunacaq: “Görəcəyimiz bu iş səs sərvətimizin ömrünü 100 illərlə uzadacaq, bundan nəinki Azərbaycan radiosu, həmçinin, lentlərdən istifadə edən bütün telekanallar yararlana biləcək”. Hazırda radionun “Qızıl fond”unda 100 mindən çox səs yazısının saxlandığını deyən M. Süleymanlı bu nadir incilərin dəfələrlə üzlərinin köçürüldüyünü, zəifləmiş və zədə almış lentlərin yenidən bərpa olunduğu vurğulayıb. /APA/
Media

Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Əflatun Amaşov: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"

TƏBİB: Jurnalist Ceyhun Əsgərovun davamlı müalicə alması şərtdir
