ATƏT-in Bakı ofisində Azərbaycan mətbuatının durumu müzakirə edilib

ATƏT-in Bakı ofisində quruma üzv ölkələrin Azərbaycandakı səfirliklərinin və media məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələrinin görüşü keçirilib. Bu barədə APA-ya ofisin nümayəndəsi Ülvi Axundlu məlumat verib. O bildirib ki, görüşdə Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı müzakirə aparılıb və həbs olunan jurnalistlərin məsələsinə toxunulub. Bundan başqa, yeni KİV-lərin yaradılması və maliyyələşdirilməsinə dair ideyalar səslənib. Ü. Axundlu bu cür görüşlərin tez-tez keçirildiyini vurğulayıb. /APA/
Media

Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirilib - FOTO - YENİLƏNİB-1

Baş Prokurorluğun idarə rəisi: "Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanıb"

Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb
