Rafiq Tağı və Samir Sədaqətoğlunun hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib

“Sənət” qəzetində dərc etdirdiyi “Avropa və biz” məqaləsinə görə Səbayel rayon Məhkəməsinin bu günlərdə çıxardığı qərarla 3 il müddətinə azadlıqdan məhrum edilən yazıçı Rafiq Tağı və qəzetin baş redaktoru Samir Sədaqətoğlunun hüquqlarının müdafiəsi ilə bağlı bu gün tədbir keçirilib. APA-nın məlumatına görə, Azad Yazarlar Ocağının (AYO) təşkil etdiyi tədbirdə bir sıra yazarlar və məhbusların müdafiəçiləri iştirak edib.
AYO-nun rəhbəri, “Alatoran” jurnalının baş redaktoru Rasim Qaraca, jurnalist Elçin Səlcuq, şair Murad Köhnəqala, yazıçı Səfər Alışarlı çıxışlarında Rafiq Tağı və Samir Sədaqətoğlu ilə bağlı məhkəmənin çıxardığı qərarın həddindən artıq ağır olduğunu bildiriblər. Tədbirdə beynəlxalq təşkilatlara məhkəmə qərarının dəyişdirilməsi və onların azadlığa buraxılması məsələsi ilə bağlı müraciət olunması təklifi səslənib. Eyni zamanda, Səfər Alışarlı təklif edib ki, prezident İlham Əliyevə və bu günlərdə Amnistiya Aktı təşəbbüsü ilə çıxış eləyən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya da müraciət edilsin. Kfrby S.Alışarlının bu təklifi ilə bağlı konkret qərar qəbul olunmayıb.
S.Sədaqətoğlunun hüquqlarını müdafiə komitəsinin sədri Rasət Pirisoylu çıxışında bildirib ki, hər iki məhbusu həbsxanada təhlükə gözləyir. Yəni, onlara qarşı hər hansı bir təxribat, qanunsuz hərəkət baş verə bilər. Bu səbəbdən hər ikisi azadlığa buraxılmalıdır.
Yekunda tədbir iştirakçıları adından bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, konkret olaraq, bu həbslə bağlı Azərbaycan Konstitutsiyası ilə Cinayət Məcəlləsi arasında ziddiyyət yaranıb. Ona görə də məhkəmə qərarı dəyişdirilməlidir. Həmçinin qeyd olunub ki, baş verənlər ölkədə fikir azadlığına, fikir plüralizmi üçün şərait olmadığını göstərir, KİV-ə qarşı təzyiqlərin olduğunu sübut edir, S.Sədaqətoğlu və R.Tağı tezliklə azadlığa buraxılmalıdır. /APA/

Media

MEDİA media subyektlərini qanun və peşə etikasını pozmamağa çağırıb

Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirilib - FOTO - YENİLƏNİB-1

Baş Prokurorluğun idarə rəisi: "Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanıb"