“Amerikanın Səsi” radiostansiyasının Azərbaycan xidmətinə yeni rəhbər təyin olunub

“Amerikanın Səsi” radiostansiyasının Azərbaycan xidmətinə yeni rəhbər təyin olunub
# 14 may 2007 07:26 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, bu, Bulud Mehmandarlıdır. Dünən bu məlumat rəsmən Azərbaycan xidmətinin əməkdaşlarına çatdırılıb. Xidmətin sabiq rəhbəri Həsən Cavadinin isə radionu hələ bir il bundan əvvəl tərk etdiyi bildirilir. B. Mehmandarlı uzun illər “Amerikanın Səsi”nin Azərbaycan Xidmətində işləyib.
Qeyd edək ki, bir müddət əvvəl Həsən Cavadinin yaxın qohumu olan Abbas Cavadi “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR