Uşaq hüquqlarına daha çox diqqət yetirən KİV-lərin adı açıqlanıb

Uşaq hüquqlarına daha çox diqqət yetirən KİV-lərin adı açıqlanıb
# 14 may 2007 09:52 (UTC +04:00)
“Gənc Liderlər” Uşaq Təşkilatı bir müddət öncə başladığı monitorinqlərin nəticələri ilə bağlı növbəti reytinq cədvəlini açıqlayıb. Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, KİV-lər arasında aparılan monitorinqlər uşaq hüquqlarından, onların problem və uğurlarından birbaşa və ya bilavasitə materiallar yayan media qurumlarının siyahısını tərtib etmək məqsədi daşıyır. Qeyd edək ki, son nəticələr mayın sonunda açıqlanacaq və qalib KİV-lər 1 iyun Beynəlxalq Uşaq Hüquqlarını Müdafiə günündə mükafatlandırılacaq. Aprelin 20-dən mayın ilk ongünlüyünə qədər əldə olunan nəticələrə görə, qəzetlərdən “Üç nöqtə”, “Şərq”, “Yeni Azərbaycan”, “Olaylar” və “Kaspi” qəzetləri qalib olub. Bu qəzetlərdə son 20 gün ərzində uşaqlara birbaşa və ya bilavasitə bağlı olan 30-dan artıq material dərc olunub. Televiziyalardan isə ilk üçlüyü Azərbaycan Dövlət Televiziyası (“Xəbərlər”), ANS (“İç Xəbər”) və “Lider” (“Səda”) qalib olub. Bu media qurumlarında uşaqların problemləri və uğurlarından bəhs edən 10-a yaxın material efirə verilib. Araşdırmalara görə, İnternet portallarından “Mediaforum” saytı, informasiya agentliklərindən “APA” və “AzərTAc” rəqiblərini arxada qoyub. Təşkilat son nəticələri mayın 25-də elan edəcək və qaliblər mükafatlandırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR