Sabah bir qrup jurnalist mətbuata təzyiqlərin dayandırılması tələbi ilə piket keçirəcək

Sabah bir qrup jurnalist mətbuata təzyiqlərin dayandırılması tələbi ilə piket keçirəcək
# 14 may 2007 10:10 (UTC +04:00)
Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, aksiyanın “Sabir bağı”nda keçirilməsi nəzərdə tutulub. Hər həftənin çərşənbə axşamı jurnalistlərin piketlərinin keçirilməsinin planlaşdırıldığını deyən Ş. Çobanoğlunun sözlərinə görə, sabahkı aksiyada “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin həbsdən azad olunması, Elmar Hüseynovun qatillərinin tapılması, qəzetlərin cərimə olunması ilə bağlı məhkəmə qərarlarının ləğvi, həbsdəki jurnalistlərin azad edilməsi tələb olunacaq. Aksiya ilə bağlı jurnalistlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, şəhər rəhbərliyi onlara bu vaxta qədər cavab verməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR