Türkiyənin Azərbaycandakı səfiri APA İnformasiya Agentliyində olub

Türkiyənin Azərbaycandakı səfiri APA İnformasiya Agentliyində olub
# 14 may 2007 16:51 (UTC +04:00)
Agentliyin baş direktoru Vüsalə Mahirqızı və baş direktorun müavini Nurşən Quliyevlə görüşdə H. A. Qarslıoğlu Türkiyə səfirliyinin Azərbaycanda yeni yaradılan sahələrin inkişafı ilə bağlı bəzi layihələr həyata keçirməyi nəzərdə tutduğunu bildirib, əsas diqqətin turizm sahəsinə yönəldiləcəyini deyib. O, səfirliyin media sahəsində də layihələr həyata keçirməyi planlaşdırdığını qeyd edib. APA-nın baş direktoru V. Mahirqızı agentliyin fəaliyyəti barədə məlumat verib, ölkə mətbuatının hazırkı durumundan danışıb, Azərbaycan mətbuatının inkişafında Türkiyə mediasının təcrübəsinin tətbiqinin xeyirli nəticələr verə biləcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, səfirlik-mətbuat əlaqələri, birgə həyata keçirilə biləcək layihələr və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR