Gəncədə fəaliyyət göstərən regional telekanallar dublyaj studiyaları yaradıblar

Gəncədə fəaliyyət göstərən regional telekanallar dublyaj studiyaları yaradıblar
# 14 may 2007 11:51 (UTC +04:00)
Gəncədə fəaliyyət göstərən regional telekanallar bədii və sənədli, eləcə də cizgi filmlərinin dublyajını həyata keçirəcəklər. Bu barədə APA-nın qərb bürosuna hər iki telekanalın direktorları məlumat veriblər. “Alternativ” telekanalının direktoru Elnur Abbasov bildirib ki, kanalın rəhbərliyi yeni dublyaj studiyası yaradır. Bunun üçün artıq avadanlıqların alınması üçün sifariş verilib və yaxın vaxtlarda bu işlər reallaşacaq. “Kəpəz” Müstəqil Teleradio Şirkətinin prezidenti Rüfət Əsgərov isə qeyd edib ki, artıq 2007-ci il fevral ayından etibarən şirkətdə Azərbaycan dilinə dublyaj olunması prosesi start götürüb: “Bu günədək 80-ə yaxın müxtəlif bədii və sənədli, eləcə də cizgi filmlərinin dublyajı həyata keçirilib. “Kəpəz TV”-nin dublyaj studiyası Bakıda yerləşir və hələlik ancaq öz telekanalları üçün dublyaj işləri aparır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR