Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 14 may 2007 13:48 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, tədbirdə 8 müraciətə baxılıb. Əvvəlcə “Azərneftya𔝠Neft Emalı Zavodunun şöbə müdiri Çingiz Axundovun “Reytinq” qəzeti ilə bağlı şikayəti müzakirə olunub: “Çingiz Axundov göstərib ki, nəşrin 22 aprel 2007-ci il tarixli sayındakı “Neft sənayesindəki əsas problemlər”¦” sərlövhəli yazıda yanlış məlumatlar əsasında bu müəssisədə təsərrüfatsızlıq və özbaşınalıqların baş alıb getdiyi bildirilib. “Reytinq” qəzetinin baş redaktor müavini Fazil Əhməd şikayətdə və komissiya üzvlərinin çıxışlarındakı tənqidi motivləri əsaslı sayıb. O, oxucu məktubu ilə iş prinsipinin pozduğunu deyərək qarşı tərəfdən üzr istəyib”.
İclasda “Kriminal aləm” qəzetində “Xanlarda əxlaqsızlıq yuvası aşkarlanıb” sərlövhəli yazının real faktlara, dəlil-sübutlara əsaslanmadan təqdim edildiyi göstərilib. Bildirilib ki, əslində bu yazı real araşdırmaların deyil, şəxsi münasibətlərdən, qərəzdən yaranan baxışların məhsuludur: “Azəri-Press İnformasiya Agentliyi (APA) belə bir məlumat yaymadığı halda, qəzetin onların adından sui-istifadə etməsi ilə əlaqədar MŞ-yə müvafiq şikayət verib. İTV-nin bölgə müxbiri Əminə Rəhimova həmin məqalədə şərəf və ləyaqətinin təhqir olunması ilə əlaqədar Şuraya şikayət ünvanlayıb. Daxili İşlər Nazirliyindən Şuraya daxil olan məktubda isə bu qurumun əməkdaşları tərəfindən Xanların “Şır-şır” restoranında əxlaqsızlıq yuvası aşkar olunması ilə əlaqədar əməliyyat keçirilmədiyi, məqalədə göstərilən faktların reallığa uyğun gəlmədiyi bildirilir. Komissiyada qeyd olunub ki, qəzet peşə etikasına zidd böhtan xarakterli yazını yaydığı üçün növbəti sayında məqalədə adıçəkilən şəxslərdən üzr istəməli, təkzib verməli idi. Lakin əvəzində nəşrin növbəti sayında oxşar motivli məqalə verməklə məsələnin davamında israrlı olduğunu göstərib. Komissiya məsələnin hüquqi müstəvidə araşdırılmasını məqbul sayıb”.
Komissiya “Yeni ça𔝠qəzetində bu ilin mart-aprel ayında Azərbaycan Ziyalılar Cəmiyyətinin sədri Eldəniz Quliyev barədə gedən 4 yazının və kollajın şər, böhtan, təhqir və qərəz nümunələri olduğunu nəşrin baş redaktoru Aqil Camalın nəzərinə çatdırıb. A. Camal tövsiyələri gələcək fəaliyyətində nəzərə alacağını deyərək qarşı tərəfdən üzr istəyib. Komissiya digər şikayətlərlə də bağlı müvafiq qərarlar çıxarıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR