Jurnalistlərin piketinə icazə verilməyib

Jurnalistlərin piketinə icazə verilməyib
# 14 may 2007 15:28 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti jurnalistlərin sabaha təyin etdiyi piketə icazə verməyib. Bu barədə APA-ya Bakı şəhər İH-nin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, aksiyanın təyin olunduğu Sabir bağı şəhər rəhbərliyi tərəfindən kütləvi aksiyalar üçün ayrılmış yerlər siyahısında deyil, buna görə də piketin keçirilməsi sanksiyalaşdırılmayıb. Aksiyanın təşkilatçıları isə bildiriblər ki, şəhər rəhbərliyinin mövqeyinə baxmayaraq, sabah saat 14.00-da Sabir bağında piket keçiriləcək. Aksiyada “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru və təsisçisi Eynulla Fətullayevin həbsdən azad edilməsi, mətbuata təzyiqlərin dayandırılması, qəzetlər üzərindəki məhkəmə cərimələrinin götürülməsi və həbsdəki digər jurnalistlərin buraxılması tələb olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR