Üzeyir Cəfərovun döyülməsi ilə bağlı cinayəti işi Bakı şəhər Prokurorluğunda araşdırılır

Üzeyir Cəfərovun döyülməsi ilə bağlı cinayəti işi Bakı şəhər Prokurorluğunda araşdırılır
# 14 may 2007 15:43 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərovun döyülməsi ilə bağlı cinayət işi Bakı şəhər Prokurorluğunda araşdırılır. Bu barədə APA-ya Ü. Cəfərov özü məlumat verib. Bir qədər əvvəl cinayət işinin Yasamal rayon Polis İdarəsindən alınıb prokurorluğa verilməsi üçün baş prokuror Zakir Qaralova müraciət edən jurnalistə bu gün prokurorluqdan bildiriblər ki, araşdırmalardan sonra cinayət işinin Yasamal rayon Prokurorluğuna verilib-verilməyəcəyi bəlli olacaq.
Qeyd edək ki, zərərçəkən ona hücum edən şəxslərdən birinin Yasamal rayon Polis İdarəsinin əməkdaşı Nəbi Rəcəbov olduğunu əsas gətirərək polisin ədalətli araşdırma aparacağına inanmadığını söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR