Polis jurnalistlərin aksiya keçirməsinə imkan verməyib

Polis jurnalistlərin aksiya keçirməsinə imkan verməyib
# 15 may 2007 17:02 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiyanın vaxtına xeyli qalmış bağın ərazisi polis nəzarətinə götürülüb. Təyin olunmuş vaxtda bağa gələn jurnalistlər polisin müqaviməti ilə qarşılaşıblar. Polislər jurnalistlərin əllərindəki plakatları alıb, onlardan ərazini tərk etməyi tələb ediblər. Qəzet rəhbərləri polislərlə aksiyanın keçirilməsi və qətnəmənin oxunmasına şərait yaradılması barədə danışıqlar aparsalar da, nəticə əldə olunmayıb. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu qətnaməni oxumağa cəhd göstərsə də, polislər buna imkan verməyib, qətnaməni onun əlindən alıblar. Təxminən 20 dəqiqə ərzində polislərlə jurnalistlər arasında bir neçə dəfə insident yaransa da, saxlanılan olmayıb. Polislər aksiya iştirakçılarının bir hissəsini “Bakı Soveti” metrostansiyası, digər hissəsini isə Nizaminin heykəli istiqəmətində ərazidən uzaqlaşdırıblar. Bundan sonra Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsinin Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində iclası keçirilib. Aksiyanın baş tutduğunu bildirən komitə üzvləri aksiyaların davamlı olması təklifi ilə çıxış ediblər. Hüquq müdafiəçiləri isə sivil və Avropa ölkələrində sınaqdan keçirilmiş qeyri-ənənəvi kütləvi aksiyalar keçirməyi təklif ediblər. Aksiyanın qətnaməsi də Helsinki Vətəndaş Assambleyasının ofisində oxunub. Qətnamədə E. Fətullayevin həbsdən azad edilməsi, “Diffamasiya haqqında” qənunun qəbul olunması, jurnalistlərə qarşı təzyiqlərin dayandırılması tələb olunur.
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli icazəsiz olduğu üçün aksiyanın keçirilməsinə imkan verilmədiyini deyib: “Razılaşdırılmamış aksiyaların qarşı bundan sonra da qətiyyətlə alınacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR