Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsinin mayın 20-də keçirilməsi nəzərdə tutulan mitinqinin vaxtını dəyişdirib

Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsinin mayın 20-də keçirilməsi nəzərdə tutulan mitinqinin vaxtını dəyişdirib
# 15 may 2007 15:31 (UTC +04:00)
Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsinin mayın 20-də keçirilməsi nəzərdə tutulan mitinqinin vaxtını dəyişdirib. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, komitənin sonuncu toplantısında mitinqlə bağlı müzakirələr aparılıb və mayın 20-nə az müddətin qaldığını nəzərə alaraq aksiyanın iyunda keçirilməsi qərara alınıb. Ş. Çobanoğlu bildirib ki, aksiyanın dəqiq vaxtı komitənin bu həftənin sonunda keçiriləcək iclasında müəyyən olunacaq. O, həmçinin komitə üzvlərinin müxtəlif tipli aksiyalar təşkil etmək təklifi ilə çıxış etdiklərini deyib: “Bu təkliflərdən biri də eyni vaxtda şəhərin 10 müxtəlif yerində piket keçirməkdir. Bundan başqa jurnalistlərin ağızlarını bağlayaraq aksiya keçirmək təklifi də irəli sürülüb. Bunlar hamısı müzakirə olunduqdan sonra konkret qərar olacaq”./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR