Türkiyə Mətbuat Elanları Qurumunun müdiri Bakıya gəlir

Türkiyə Mətbuat Elanları Qurumunun müdiri Ərtan Cillov mayın 29-da Bakıya gələcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu məlumat verib. Ə. Cillov səfər zamanı Azərbaycan mətbuatının vəziyyəti ilə tanış olacaq və öz təcrübəsini bölüşəcək. /APA/