Jurnalistlər Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər

Bu gün Redaktorlar Birliyi mayın 22-də piket, iyunun 12-də isə yürüş-mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Hüquqlarının Müdaifə Komitəsindən məlumat verilib. Mayın 22-nə təyin olunmuş piketin Sabir bağında 50-yə qədər jurnalistin iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Yürüş- mitinqin isə şəhər rəhbərliyi tərəfindən kütləvi aksiyalar üçün Nizami rayonun ərazsində ayrılmış yerdə keçiriləcəyi bildirilib. Müraciətdə aksiyanın saat 14.00-da “Neftçilər” metrostansiyasının yanından yürüşlə başlaması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodununun yaxınlığındakı meydanda mitinqlə davam etdiriləcəyi bildirilib. /APA/