“Yeni Müsavat” Əli Kərimlinin kollaj edilmiş şəkillərinin Rauf Arifoğlunun elektron ünvanından göndərilmədiyini bildirir

“AXCP sədri Əli Kərimlinin kollaj edilən şəkilləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun elektron ünvanından göndərilməyib”. Bu barədə APA-ya “Yeni Müsavat” qəzetinin redaksiyasından bildirilib. Məlumatda qeyd olunur ki, rauf_arifoğ[email protected] ünvanından ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə göndərilən kollaj edilmiş şəkillər bir qədər əvvəl “Müasir Müsavat” qəzetində dərc olunub: “Bu hərəkətin edilməsi Rauf Arifoğluna qarşı təxribatdır. Qeyd olunan elektron ünvan “Yeni Müsavat”ın baş redaktoruna aid deyil”. /APA/