Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib

Bu gün “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib. Komitə sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva APA-ya açıqlamasında bildirib ki, iclasda qurumun qarşısında duran vəzifələr barədə müzakirələr aparılıb. Toplantıda həbsdə olan jurnalistlərin müdafiə komitələrinin koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməsi barədə irəli sürülən təkliflər qəbul olunub. /APA/