Mətbuat Şurası YAP-ın “Azadlıq” qəzeti ilə bağlı müraciətinə gələn həftə baxacaq

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına (MŞ) etdiyi müraciətə gələn həftə şuranın Şikayətlər üzrə Komissiyanın iclasında baxılacaq. MŞ sədri Əflatun Amaşovun APA-ya verdiyi məlumata görə, müraciət şuraya daxil olub, hazırda komissiya üzvləri bununla bağlı araşdırmalar aparırlar. Ə. Amaşov komissiyanın iclasına YAP-ın və qəzet nümayəndəsinin dəvət olunacağını bildirib: “Biz şikayətə müəyyən olunmuş qaydalar əsasında baxıb qərar qəbul edəcəyik”.
Qeyd edək ki, Ə. Əhmədov MŞ-yə müraciətində “Azadlıq” qəzetinin bu il mayın 15-də dərc edilmiş sayında “Neft müqavilələrinə görə Əliyevlərə 90 milyon rüşvət verilib” sərlövhəli yazıda ölkə prezidentinin şərəf və ləyaqətinin təhqir olunduğunu, 16 may tarixli sayında isə Mirzə Sakitin şeri və Rövşən Hacıbəylinin “Mavi fahişələr” başlıqlı yazısında YAP-ın ayrı-ayrı funksionerlərinin təhqir olunduğunu bildirərək, qəzeti bu yoldan çəkindirməyi xahiş edib. /APA/