“Nota Bene” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğlu həbsdə olan jurnalistlərin müdafiə komitələrinin birləşməsini təklif edib

“Nota Bene” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğlu həbsdə olan jurnalistlərin müdafiə komitələrinin birləşməsini təklif edib
# 21 may 2007 11:40 (UTC +04:00)
“Nota Bene” qəzetinin baş məsləhətçisi, hazırda 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Fərəməz Novruzoğlu Azərbaycan KİV-lərinə, hüquq-müdafiə təşkilatlarına, həbsdə olan jurnalistlərin müdafiə komitələrinə və Redaktorlar Birliyinə müraciət ünvanlayıb. Bu gün bununla bağlı keçirilən mətbuat konfransında “Nota Bene” qəzetinin təsisçisi İlham Tumas bildirib ki, F. Novruzoğlu həmin müraciətdə həbsdə olan jurnalistlərin müdafiə komitələrinin birgə fəaliyyət göstərməsi barədə təklif irəli sürüb. F. Novruzoğlunun yazdığına görə, artıq bununla bağlı 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitlə fikir mübadiləsi aparıb və Mirzə Sakit müdafiə komitələrinin birləşməsinə razılıq verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR